Xeyr, yerli keyləşdirmələr implantasiya əməliyyatı üçün kifayət edir.
Keyfiyyətli implant markası , təcrübəli həkim tərcih edib, düzgün gigiyena qaydalarına riayət edib və ildə bir panoromik rentgenlə implantlarınızı həkim tərəfindən yoxlatdırarsınızsa implantlarınızı uzun illərlə istifadə edə bilərsiniz.
Xeyr, implantlar biouyumlu maddələrdən hazırlanmışdır tumör , şiş vəya xərçəng yaratmır.
Xeyr hər hansı bir problem yaratmaz. İmplantasiya üçün alt yaş məhdudiyyəti 16 yaşdır.
Xeyr implantlar hər hansı bir ağrıya səbəb olmaz.
Böyük ehtimal implantların ətrafında periimplantitis deyilən implantların iltihabı prosesi yaranıb. Həkiminizə müraicət edin panoromik rentgen çəkdirib implantların mövcud vəziyyəti dəyərləndirilməlidir.
Xeyr implantlar tərkibcə titan elementindən ibarətdir hər hansı bir çürüyə səbəb olmur.
Bəli, xəstəliyiniz əgər kontrol altındadırsa implant qoydurmağınız üçün hər hansı bir əngəl törətmir.
2Tək implant 15 dəqiqəlik bir cərrahi müdaxilə ilə həyata keçirilir. Bunun üçün ev istirahətinə ehtiyac yoxdur.
Bəli dişi çəkib eyni anda implant qoyula bilər, amma dişin ətrafında irinli iltihabi proses varsa eyni anda olmaz. Dişi çəkib gözləmək lazımdır.