PhD., Uzm.Dr. Ülviyyə Məmmədova

implantoloq, üz-çənə xəstəlikləri və cərrahiyyəsi uzmanı

üz çənə cərrahiuz cene cerrahigazi uzmanağız cərrahıdişlərin əməliyyatı çənə cərrahdiş üz əməliyyat cərrahıçənə qırığı travmasinus emeliyat emeliyyati sinuslar

ÜZ-ÇƏNƏ və StOMATOLOJİ CƏRRAHİYYƏ

Ağız, çənə ve üz bölgələrindəki yumşaq və sert toxumaların anadangəlmə ve sonradan yaranmış xəstəlikləri ilə yanaşı iltihabi, travmatik və herhansı bir patolojik törəmələrin yol açtığı estetik, fonksiyonal və fonetik problemlərinin konservativ ve cərrahi müalicəsini həyata keçirir.
Alt və üst çənənin bir birinə vəya üzə göre uyğunsuzluğu xəstələrdə estetik, çeynəmə, danışma kimi fiziyolojik proseslərdə narahatçılığın və komplekslərin olmasına səbəb olur. Üz çənə deformasiyaları ilə məşğul olan cərrahiyyə ortoqnatik cərrahiyə adlanır. “Orto” –düz, “gnato”- çənə deməkdir.
Ortognatik cərrahi xəstələrində müalicə ortodontist və üz çənə cərrahı tərəfindən birlikdə həyata keçirilir. Dişlərdəki uyğunsuzluqlar - eyriliklər həkim-ortodont tərəfindən yerləştirilən breket və apereylərlə, sümükdəki uyğunsuzluqlar isə ağız diş və çənə cərrahının məşğul olduğu cərrahi sahədən olan ortognatik cərrahiyə ilə çənə cərrahları tərəfindən aradan qaldırılır.

STOMATOLOJI CƏRRAHYYƏ

- Dentoalveolar cərrahiyyə
- Ağıl dişlərin cərrahiyyəsi
- Çənədəki kista və xoş xasseli şişlərin cərrahiyyəsi
- Apikal rezeksiya
- Ağız boşlugu selikli qişa xəstəliklərinin müalicəsi

ÜZ ÇƏNƏ CƏRRAHİYYƏSİ

- Çeynəmə problemlərinin düzəldilməsi
- Ortognatik cərrahiyyə
- Çənə-Üz sınıqlarının bərpası

Dişlərin implantasiyası üçün 441 0060 zəng vurmaq kifayətdir.

İMPLANT NƏDİR?

AĞIL DİŞLƏRİN CƏRRAHİYYƏSİ

Ağıl dişləri 17-18 yaşından sonra ağızda çıxmağa başlayır. Əksər hallarda çənədə darlıq olduğundan bu dişlər ön dişlərdə əyriliklərin yaranmasına, qeyri normal pozisyada çıxdıqda isə qonşu dişdə periodontal zədələnmələrə, yandakı dişin çürüməsinə, perikoronitis deyilən iltihablı proseslerə və bəzi hallarda çənə sümüyündə kistaların yaranmasına səbəb olur. Bu səbəbdən qeyri düzgün pozisyada çıxan retensiyali vəya yarı retensiyalı ağıl dişlərinin çəkilməsi məsləhət görülür.

ÇƏNƏDƏKİ KİSTA VƏ XOŞ XASSELİ ŞİŞLƏRİN CƏRRAHİYYƏSİ

Müalicə edilməyən çürüklər və ya uğursuz diş müalicələrindən sonra diş kökünün ucunda iltihabi dəyişiklilər vəya kistalar yaranır. Bu tip problemlər kiçik cərrahi müdaxilələrdən olan kistektomiya və apikal rezeksiya ilə aradan qaldırılır.

APİKAL REZEKSİYA

Diş köklərinin ucunda yaranmış kistaların, kok kanal müalicəsi ilə müalicə olunmayan qranulomaların, fistulların və qırılmış alətlərin cərrahi olaraq çıxarılması, keçilməyən kök kanal müalicələrini tamamlamaq məqsədi ilə kök ucunun kəsilib retrograd ucluqlarla işlənib toxumaların tərkibinə yaxın maddələrlə doldurulması prosesidir. Yerli keyləşdirmə altında həyata keçirilir.

AĞIZ BOŞLUGU SELİKLİ QİŞA XƏSTƏLİKLƏRİNİN MÜALİCƏSİ

Ağız və selikli qişalarının xəstəlikləri hormonal dəyişiklik , sistemik xəstəliklər , stress və dişlərdə baş verən patalogiyalarla əlaqəli olaraq müşahidə edilə bilər. Vaxtında edilmiş müdaxilə bu problemlərin fəsadlaşmasını aradan qaldırır.
Əksər ağız içi cərrahi müdaxilələr yerli keyləşdirmə altında (lokal anestezi) həyata keçirilir. Bununla yanaşı bəzi böyük patalogiyaların cərrahi olaraq aradan qaldırılmasında və dental fobiya(qorxu), bulantı refleksi güclü olan xəstələrdə aparılan cərrahi müdaxilələrin həyata keçirilməsində ümumi anesteziya (narkoz) vəya sedasya gərəkli ola bilir.